Muğanın beşiyi, Bülbülün səsi
Qəlbimin varağı Qarabağdadı
Vaqifin heykəli, xan şikəstəsi
Pənahın oylağı Qarabağdadı
Xarı bülbül ətri, turç su ləzzəti
Koroğlu hünəri, Babək qeyrəti
Bütün ölkələrin nazı-neməti
Xan qızı bulağı Qarabağdadı
Topxana meşəsi, Şuşa qalası
İnsan həyatının dərdi-dəvası
Dağların ətirli, sərin havası
Sənətkar çırağı Qarabağdadı
Qədim dövrlərdən axıdılan qan,
Qılınclı igidlər, qara göz canan
Bilməzlərə bildir ey Qurban Aslan
Cənnətin gül bağı Qarabağdadı
Kurban Aslan ( Salıfov)